Levon Serjikə ağıllı məsləhət verə bilmədi

Serj Sarkisyanın vaxtilə Robert Köçəryanla birgə devirdiyi sabiq prezident Levon Ter-Petrosyanla iki dəfə görüşündən sonra onun Dağlıq Qarabağa səfər etməsi və işğal altındakı ərazilərimizdə məskunlaşmış ermənilərlə görüşü ilk növbədə belə bir sual yaratdı – məgər Sarkisyan Qarabağa səfər edəndə orada nə isə yaxşılığa doğru dəyişirmi? Yaxud, onun bu kimi səfərləri separatçı rejimdə respublikasında yaşayan ermənilərə hər hansı bir stimul, əhval-ruhiyyə verirmi? Əsla! Çünki son vaxtlarda, xüsusilə aprel ayının əvvəllərindən başlayaraq mülki əhali oranı kütləvi şəkildə boşaldıb. Hətta Sarkisyanın Ermənistanın xüsusi təyinatlı polis nəfərlərini Qarabağa göndərib qaçan əhalinin qarşısını almaq cəhdləri də boşa çıxıb. İşğalçı Ermənistanla separatçı rejim sərhədləri arasında hər addımbaşı blokpostlar qurulub və məqsəd mülki əhalinin həmin əraziləri tərk etməməsinə hesablanıb. Ancaq erməni də bic ermənidir necə deyərlər…

Qarabağ erməniləri Rusiyaya, Grcüstana, hətta Suriyaya köçürlər

İmkanları olanlar ümumiyyətlə, yağışdan çıxıb, yağmura düşməməkdən ötrü ya Rusiyaya, ya da digər post-sovet ölkələrinə köç etməkdədirlər. Suriyadan köçən ermənilər isə belə rejimdə yaşamaqdansa, yenidən Suriyadakı od-alovun işinə qayıtmağı daha yaxşı variant hesab edirlər. Görün, işğal olunmuş ərazilərimizdə ermənilərin vəziyyəti nə həddədir…

Təkcə bir fakta nəzər salaq. Sosial şəbəkələrdə apardığımız araşdırmalardan bəlli olub ki, Qarabağdan qaçan mülki erməni əhalisini əldən buraxmamamaq üçün erməni işbazları müxtəlif səhifələr yaradaraq, Rusiyanın cənub bölgələrində, eləcə də Gürcüstanda, xüsusilə, onların "Kiçik Ermənistan" adlandırdıqları Samtsxe-Cavaxetiyada ucuz qiymətə, kreditlə evlər təklif edirlər. Dağlıq Qarabağ erməniləri üçün xüsusi endirimlər, güzəştlər irəli sürülür ki, bir az imkanı olanlar dərhal həmin təklifləri müsbət dəyərləndirirlər.Yəni ermənilər heç Ermənistana belə getmək fikrində deyillər.

Hakimiyyətini qoruyub-saxlamaqdan ötrü özünü "erməni xalqının atası" kimi göstərən Serjikə ən yaxşı halda ağır söyüşlər yağıdırılır

İkincisi, Sarkisyanın devirdiyi prezident Ter-Petrosyanla keiçirdiyi iki görüşündən sonra Qarabağa etdiyi səfər mülki əhali ilə yanaşı, heç erməni həbrçilərinə də müsbət təsir etməyib. Əyninə hərbi forma geyərək, guya yüksək generaliteti ilə birgə hər an Azərbaycan Ordusuna qarşı hücuma keçəcəyini ucuz aktyorluq şousu ilə yalnız mediada sərgiləyən Serjik orada böyül ruh düşkünlüyünün, sarsılmış əsgər simalarının, mənasızlığın özünü görmüş oldu. Çünki onun özü də yaxşı bilir ki, artıq saatın əqrəbləri onun xeyrinə işləmir. Sadəcə, hakimiyyətini qoruyub-saxlamaqdan ötrü özünü "erməni xalqının atası" kimi göstərir, amma ona "ata" deyən kimdir ki? Ən yaxşı halda Serjikə ağır söyüşlər yağıdırılır, istər mülki əhali, istərsə də sadə erməni əsgərləri tərəfindən…

Beləlkilə, Serjik Xankəndinə səfər etdi və ona bu məsləhəti Levon verib. Çox yəqin ki, o, erəmni prezidentinə deyib ki, birinci olaraq, ortadan məğlubiyyət əhval-ruhiyyəsini qaldır ki, onsuz da sənə inanmayan, əlindən qan ağlayan, övladlarını sənin hakimiyyət hərisliyinə qurban verən, ac-yalavac, kasıb və düşkün xalq daha da qəzəblənməsin. Bu baş verərsə (halbuki baş verməkdədir) səni he bir qüvvə saxlaya bilməyəcək. Təbii ki, Levon Serjikə Rusiyanın, ABŞ-ın, Avropa təşkilatlarının BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsi tələblərini də xatırlatmamış deyil. Amma bunu da ağıllı məsləhət kimi qələmə almaq olmur. Çünki o desə də, deməsə də bütün dünya həmin qətnamələr haqqında məlumatlıdır. Ümumiyyətlə isə götürdükdə, Ter-Petrosyanın Sarkisyana ağıllı məsləhət verməsimi düçünmək olmaz.

Levon ona deyib ki, "Serjik, get Qarabağa səfər et ki, bəlkə azərbaycanlılar tələyə düşüb, atşkəsi pozsunlar"

Bu baxımdan, Serjikin işğal altındakı Qarabağ torpaqlarımıza səfəri bir daha sübut etdi ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi, eləcə də onun özü dronların hava zərbələrindən, istiqlal snayperinin lüləsindən çıxan iri kalibirli güllələrdən, artilleriyamızdan, qrıcılarımızdan, tanklarımızdan, şücaətli əsgərlərimizin hayqırtısından kəskin qorxu-hürkü içindədir. O yaxşı bilir ki, Azərbaycan Ordusu növbəti həmlə etsə, Xankəndinin düz mərkəzində üçrəngli bayrağımız dalğalanacaq. Ona görə də Levon ona deyib ki, "Serjik, get Qarabağa səfər et ki, bəlkə azərbaycanlılar tələyə düşüb, atşkəsi pozsunlar. Sən də yenidən beynəlxalq aləmə car çək ki, mən sülh yaratmaq üçün Qarabağa səfər etdiyim zaman, azərbaycanlılar məni atəşə tutdular".

Yox, Serjik, nə sən ağıllısan, nə də sənə ağıl qoyan Levon.

P.S. Qapıbir erməni qonşumuz var idi – Andrey Köçəryan. Qarabağ ermənisiydi. Donuz kababından yebib, erməni konyakından da içib - keflənəndə gəlirdi bizim həyətə və dədəmə deyiri ki, "Ara, ay Nuradin kişi, galdim sana bir mıslahat vermağa. Amma onun bu "mıslahatlarından" heç özü də baş açmırdı. Necə ki, Levonun Serjikə verdiyi məsəhətlərində bir dənə də olsa ağıllı fikir görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə