Zaman-zaman Azərbaycan siyasətinə yeni simailar, yeni qüvvələr gəlib. Bir növ belə şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhdlər göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət, izzət sahibi ola bilmədilklərindən uğursuzluğa düçür olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Müxalifət qazanının dibini yalayan ekspertlər də indiki, yarıtmaz, başıpozuq müxalifət liderlərini əvəzləyə biləcək yeni simaların olmasına ehtiyac duyulduqlarını bildirirlər. Hətta özlərini aparıcı müxalifət partiyaları kimi təqdim etməyə çalışan Müsavat, AXCP, ADP, AMİP funksionerləri də Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyac olduğunu bildirirlər. Söz yox ki, siyasi qüvvələr dedikdə, hazırda siyasətdə olan insanlar nəzərdə tutulmur. Nədən ki, hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Meydana yeni siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cəgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar.

Əli Kərimlinin bozbaş molladan fərqi varmı?

Bu, faktdır ki, son illər 10-a yaxın yeni müxalifət partiyasının yarandığı barədə bəyanat səslənib. Hətta gizlincə, qapalı yerlərdə qurultay keçirib və bir qədər sonra filankəsin yeni partiyanın sədri olaması barədə Mətbuat Şurasının reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayılıb. Sonradan məlum olub ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədri elan olunan şəxsin bağ evində məclis qurulub və sağlıqlardan, pafoslu tostlardan sonra təşkilatın yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq xərc çəkən sədr elan olunub. Amma bu faktdır ki, "sədr" siyasət nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə adını siyasətdə uursuzluğa düçar olanların siyahısına yazır.

Hazırkı məqamda müxalifət düşərgəsində elə şəxslər var ki, uzun illər siyasət aləmində olmalarına baxmayaraq, yalnız maddiyyat baxımından, qaz vurub qazan doldurmaq imkanını əldə edə biliblər. Bu da yalnız hansısa xarici qüvvələrin və ya fondların ayırdığı maliyyə hesabına özlərinə təmtəraqlı həyat tərzi qura biliblər. Ancaq siyasətdə bozbaş mollalardan fərqli nümunə ortaya qoya bilməyiblər. Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. Sadəcə, özlərini müxalifət cəbhəsində çox yekə bəy göstərməyə çalışan AXCP sədr Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Söz yox ki, proseslər və yanaşmalar dəyişməyəcək. Aylar illəri əvəzləsə də, cəmiyyətdə bu şəxslərə olan mənfi münasibət dəyişməyəcək. Çünki sözügedən şəxslər məclisə ancaq bozbaş yemək üçün gedən mollalarsayağı siyasi təfəkkürə malikdirlər. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunu da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar heç cürə imkan vermədilər. Yalnız sıravi üzvlərin qətiyyətinə və prinsipiallığına ehtiyac var ki, yəqin ki, bu gözləntilər də yaxın zamanlarda həyata keçəcək. Hər halda proseslər və araşdırmalar bunu deməyə əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...