Ümumiyyətlə, Bakının, elə götürək bütün Azərbaycanın çörəyi bu ölkənin havasını udub-suyunu içən bir çoxlarına haram qılınıb. O kəslərə ki, indi ya xarici ölkələrdə, ya da elə buradaca həmin çörəyi tapdalamaqla məşğuldur. Elə uzağa getməyərək götürək "möhtəşəm" və "vətənşüvən" müxalifət "liderlərini". Onlar bu ölkədə, bu dövlətdə yaşaya-yaşaya özlərinə və ailələrinə çörək yedirdə-yedirdə yedikləri çörəklərinə şıllaq atmaqla məşğuldurlar. Necə? Elə götürək cəbhədə baş verən son olayları...
Ermənistanın bir çox KİV-ləri Əli Kərimlinin Silahlı Qüvvələrimizin qələbə ruhuna kölgə salamağa, xalqımızın inam və ümidini qırmağa hesablanmış sərsəm ifadələrini tirajladı
Vətən oğullarımız Qarabağımızın işğal altındakı torpaqlarımızı canları-qanları bahasına azad edərkən, Əli Kərimli adlı bir haramzadanın dövlətçilik maraqlarına əks olan bəyanatları erməni saytlarında şıdırğı vururdu! Demək olar ki, Ermənistanın bir çox KİV-ləri Əli Kərimlinin Silahlı Qüvvələrimizin qələbə ruhuna kölgə salamağa, xalqımızın inam və ümidini qırmağa hesablanmış sərsəm ifadələrini tirajladı. Üstəlik, ermənilərdə belə bir "nəticəyə" gəlindi ki, şəbehçilərin lideri Əli Kərimli onlara eyham vurub - ay mənim hay qardaşlarım, dığa və haxçik qandaşlarım, qorxmayın, bir iki yüksəklik alandan sonra dayanacaqlar. Erməniyə də nə var ki, istənilən nəcisdən konfet düzəltmək onların dədə-baba şakərləridir…Beləlkilə, ortaya nə çıxır? Azərbaycan vətəndaşı Əli Kərimlinin yediyi çörəyinin haram olması! Məgər bundan ötə haramzadalıq ola bilər ki???!!! VƏTƏNİNİ SAT ki, nədi-nədi burada sənin şəxsi ambisiyaların dayanır. Söz yox ki, gənclər, fəallar, vətənpərvər insanlarımız Əli Kərimlinin bu kimi çirkab əməllərini elə evinincə önündə lənətlədilər. Amma di gəl-gör Əli Kərimlinin sosial şəbəkədəki söyüş makinaları neə işə düşdü. Az qala bu vətən üçün canını verməyə hazır olan gənclərin hər birinə bir söyüş, bir təhqir, bir həqarət yapıldı. Nə edəsən, haramzadanın yanında da haramzada tualaları olar da…
Ermənilərin təxribatları zamanı Rusiya telekanalında bu ölkədə elə də məşhur olmayan Boka faktoru necə, nəyə görə peyda oldu?
Nə isə, demək o günləri Rusiyanın TV məkanlarının birində təməlli bakılı, Azərbaycanda anadan olmuş, buranın havasını udub, suyunu işmiş, üstəlik də çörəyini yemiş tanınmış estrada müğənnisi Larisa Dolina deyib ki, muğam ermənilərə məxsusuymuş (???!!!-R.)
Gəlin məsələni daha dəqiq anladım. Demək, cəbhədə baş verən son olaylardan sonra Rusiyanın bir sıra TV kanalları erməni propoqandasına, yəni təbliğatına start verdi. Belə bir məqamda isə əslən Azərbaycandan olan insanların məhz Azərbaycana qarşı istifadə edilməsi isə necə deyərlər, ermənilərin əlinə girəvə saldı. "Rossiya" telekanalında gedən "Odin na odin" (Təkbətək-R.) adlı musiqili-parodiyalı şou yarışmasında əzəli və təməlli Azərbaycan muğamı göz görə-görə ermənilərin adına "yazıldı" Özü də bakılı Larisa Dolina tərəfindən! Demək, bu verlişin qayda-qanununa görə, bir müğənni başqa müğənninin janrında mahnı oxuyub, onu parodiya etməlidir. Bu dəfə növbə anasıerməni müğənni Aleksey Çumakova çatır. O, digər Bakı əsilli erməni müğənni Boris Davidyanın (Boka-R) mahnılarından birini oxumalıydı və oxudu da. Xatırladım ki, həmin bu Boka Bakının "zavaqzalnıy" küçəsində doğulub boya-başa çatıb, Bakıda musiqi təhsili alıb, Bakıda pul qazanmağın yollarını tapıb, Bakıda erməni, hətta azərbaycanlı toylarında müğənnilik edərək, özünəməxsus şansonları müqabilində, elə Bakının da çörəyi sayəsində böyüyüb adam olub. 1988-ci ildə Ermənistan tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsindən ayrılıb, Ermənistana birləşdirilməsi tələbi səslənəndən və məlum proseslərdən sonra Boka – Boris Davidyan da Bakını tərk etməyə məcbur olub.
Beləliklə, anasıerməni Çumakov Bokanın məşhur şansonlarından birini oxuyur və jüridə oturan daha bir erməni rejissor Tiqran Keosayan, eləcə də Bakı çörəyi ilə böyümüş Larisa Dolina onu bəh-bəhə tutur. Bu zaman sual yaranır ki, görəsən, ermənilərin təxribatları zamanı Rusiya telekanalında bu ölkədə elə də məşhur olmayan Boka faktoru necə, nəyə görə peyda oldu? Əlbəttə ki, ermənilərin təbliğatı üçün Və nə yazıq ki, bu təbliğata Bakı çörəyi ilə böyümüş Larisa Dolina da qoşuldu, özü də AZƏRBAYCAN MUĞAMININ ermənilərə məxsus olması iddiası ilə!
Muğam da ermənilərə məxsusuymuş..?!
Məsələn, Dolina anasıerməni Çumakova Bokanın şansonunu oxuduqdan sonra deyib ki, "Muğam oxumaq təsəvvürəgətirilməz dərəcədə çətindir. Barmaqla sayılacaq çox az insan onu oxuya bilər. Bir çoxları muğam ustadlarının yanında oxusalar belə, onlarda heç nə alınmır. Səndə bu necə alındı? Məsələ tembrdə (səs tonu-R.) deyil, oxumaqdadır. Muğam ermənilərə məxsusdur…Azərbaycanlılar isə sadəcə onu çox yaxşı ifa edirlər..."(???!!!-R.)
Demə, "müğam yalnız ermənilərə məxsusuymuş". Bəs azərbaycanlılar?! Azərbaycanlılar isə sadəcə muğamı yaxşı oxuyurlar. Bəli, bunu Larisa Dolina məhz Azərbaycan janrında oxunan musiqiyə qulaq asdıqdan sonra deyir!
Əvvəla ondan başlayaq ki, Boka – Boris Davidyan heç vaxt muğam ifa etməyib. O, sadəcə öz mahnılarında Azərbaycan boğazlarından, yəni zəngulələrindən istifadə edib. Məhz bu azərbaycansayağı boğazetmələr Bokanın oxuduğu şansonlarını necə deyərlər ştapmlayıb və brendləşdirib.
Yeri gəlmişkən, Bokanın şansonlarında ümumiyyətlə muğam yoxdur. Sadəcə muğamlarımız üzərində, ən çox isə "Bayatı Şiraz" üzərində gedişlər mövcuddur. Yəni Boka muöam-filan oxumayıb ki, sonradan Larisa Dolina anasıerməni Çumakovu az qala "muğam kralı" kimi təqdim edib.
Boris Davidyan Əli Kərimlidən niyə qeyrətlidir?
Digər tərəfdən, Boka erməni olmasına rəğmən, hələ indiyə kimi deməyib ki, o erməni mahnıları oxuyur! O həmişə bildirib ki, oxuduğu mahnılarının hər birində Bakı şansonu mövcuddur. Yəni erməni olmasına baxmayaraq, Boka Bakıının çörəyini itirməyib açığını desək. O, hazırda ABŞ-da yaşayır və hər imkan düşəndə erməni əsilli olduğuna görə, Ermənistanı təbliğ etmək yerinə "Bakı və bu şəhərib insanları üçün darıxıram" deyə etiraflar edir. Ən azından deyə bilərik ki, bəlkə də Boka yazının əvvəlində bütün məcralardan toxunduğumuz Əli Kərimlidən qeyrətlidir. Bakının çörəyini itirmədiyinə görə. Hətta Boka bilsəydi ki, onun mahnısını Azərbaycan muğamı kimi təqdim ediblər, buna etiraz edərdi! Çünki bir müddət öncə müsahibələrinin birində "Azərbaycan muğamı onun xalqı üün əvəzolunmaz bir nemətdir" ifadəsini işlətmişdi!
Eləcə də Larisa Dolina Bakı çörəyinə arxa çevirib, çox yəqin ki, Azərbaycan muğamını erməniləşdirdiyinə görə çox münasib qonorar alıb. Hətta deyə bilərik ki, Dolina özü də nə qədər yalan danışdığının, riyakarlığı ilə ifrata yol verdiyini yaxşı bilir. Nə isə, fakt budur ki, Əli Kərimli ilə Larisa Dolina arasında heç bir fərq-filan yoxdur. Biri Bakı çörəyini yeməklə ölkəsinin milli dövlətçilik maraqlarını satır, o biri də Bakının çörəyi ilə böyüyüb adam olub və indi də Azərbaycanın milli-mənəvi dəyərlərini erməniyə satır. İkisi də eyni zaddır…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB