Ali Baş Komandan, Prezident İlham Əliyev: “Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular”

Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi – "Dağlıq Qarabağ Respublikası" separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, "qsdrətli və məğlubedilməz erməni ordusu"nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışırdılar. Bunu etmək üçün isə işğal olunmuş ərazilərimizdən kəndlərimizi, qəsəbələrimizi, mülki şəxslərimizi, eləcə də hərbi nöqtələrimizi davamlı atəşə tutur, quduzlaşır və daha da azğınlaşırdılar. Təbii ki, qüdrətli ordumuzun, yenilməz silahlı qüvvələrimizin düşmənə layiqli cavab verməsinə baxmayaraq, yəni onların bu kimi təxribatçı əməllərinin qarşılığını artıqlaması ilə almasına rəğmən qarşı tərəf öz çirkin, bəd əməllərindən qalmır, onları təkrarlayırdı. Əbəs yerə deyil ki, atəşkəs dövrü yüzlərlə mülki vətəndaşımız, körpələrimiz, ana və bacılarımız düşmənin atdığı güllöələrə tuş gələrək həyatlarını itiriblər. Bəli, atəşkəs rejimi olsa da, bu cəbhə boyu xəttlətdə formal xarakter daşıyırdı. Daha dəqiq desək, Azərbaycan tərəfi bu rejimə bütün məsuliyyəti ilə əməl etsə də, erməni tərəfi qətiyyən buna məhəl qoymur və azğın siyasətini dvaam etdirirdi. Biz, sonuncu dəfə bənzər amili iki il öncə görmüşşdük. 2014-cü ilin yayında ermənilər fəallaşaraq, bütün cəbhə boyu hücuma keçməyə cəhdlər göstərsələr də heç nəyə nail ola bilməmişdilər. Ordumuz onları zamanında yerlərinə oturtmuş və dərslərini vermişdi.

Bu, ilk növbədə boğaza yğılmış erməni xalqının kütləvi narazılığına, erməni əsgər analarının küşələrə axışaraq, Sarkisyan-Saakyan cütlüyünə nifrinlər, qarğışlar yağdırmalarına səbəb oldu

Lakin aprel ayının ilk gününün gecəsindən başlayaraq işğalçı rejimin və separatçıların mənfurcasına, həyasız şəkildə kənd və qəsəbələrimizə hücuma keçmələri, mülki şəxlərimizi, onların evlərini, məktəb və digər mülki obyektlərimizi, o cümlədən hərbi mövqelərimizi artilleriya zərbələri və iriçaplı silahlarla davamlı atəşə tutmaları bu dəfə onlara çox baha başa gəlmiş oldu. Hətta onları bu addıma getmələrinə peşman belə etdi. Çünki onlar şanlı Azərbaycan ordusunun bu dəfə onlara birə-on cavab verməsini açığı, gözləmirdilər. Nəticədə ermənilər çoxaylı insan (100-dən çox əsgər və zabit), hərbi texnika və stateji yüksəkliklərini itirərək qorxaq tülkülər kimi qaçmağa məcbur oldular. Üstəlik, Dağlıq Qarabağdakı yüzlərlə yaralılarına belə ilkin tibbi yardım göstərmək gücündə olmayan ermənilər məcburi şəkildə onları Yerevana göndərməli oldular ki, yolda həmin yaralıları böyük əksəriyyəti öldülər. Bu isə ilk növbədə boğaza yğılmış erməni xalqının kütləvi narazılığına, erməni əsgər analarının küşələrə axışaraq, Sarkisyan-Saakyan cütlüyünə nifrinlər, qarğışlar yağdırmalarına səbəb oldu. Bu barədə məqalənin sonrakı hissəsində daha geniş rəy bildirəcəyik.

Beləliklə, rəsmi məlumatlara da diqqət yetirdikdə biz görürük ki, Ermənistan hərbi birləşmələrinin təxribatlarına kifayət qədər layiqli cavab verilib. Belə ki, aprelin 2-də saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törədiblər. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalıb. Artilleriya atəşləri nəticəsində 3 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla 5 nəfər yaralanıb, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib. İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçiriblər.

Ermənistan kriminal rejimi cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə təxribat törətməyə çalışsa da burnu ovularaq geri çəkilməyə məcbur olub

Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin onlarla hərbi qulluqçu ölüb və yaralanıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu həlak olub, habelə 1 "Mi-24" helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.

Lakin ATƏT-in Minsk qrupu həmsədrlərinin, dünya ictimaiyyətinin hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərpa olunması ilə bağlı davamlı çağırışlarına baxmayaraq, erməni silahlı birləşmələri aprelin 2-3-də hərbi əməliyyatların intensivliyini daha da artırmağa çalışıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumları və qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin bütün cəhdlərinə layiqli cavab verilir və bundan sonra da veriləcək.

Beləliklə, hərbi və s. cəhətdən böyük iflasa uğrayan Ermənistan kriminal rejimi cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə təxribat törətməyə çalışsa da burnu ovularaq geri çəkilməyə məcbur olub. Bu savaşda bizim də 12 şəhidimiz oldu. Onlar öz canları və qanları müaqbilində müqəddəs torpaqlarımızın azad olunmasında Müdafiə Nazirliyinin rəsmi məlumatları da məhz bu faktoru kifayət qədər sübut etdi. Alınan yüksəkilər və mövqelər isə ilk növədə qələbəyə doğru atılan böuük qələbə addımıdır!

Ali Baş Komandan təhlükəzilik şurasının iclasını keçridi və sərt bəyanatlarını verdi!

Hadisələrlə bağlı ölkə rəhbərliyi tam heyəti ilə təhlükəsizlik şurasının iclasını keçirdi. Ali Baş Komandan, Prezident İlham Əliyev keçirdiyi iclasda bir çox əhəmiyyətli məqamlara toxunaraq vurğuladı ki, bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır: "Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu".

Ölkə başçısı deyib ki, məhz bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür: "Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir".

Dövlət rəhbərimiz bu döyüşlərdə həlak olan şəhidlərimiz barədə vurğulayaraq deyib ki, Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

"Bu, sırf təxribat xarakterli bir addım idi"

Digər tərəfdən, Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərəkətlərinin də səbəbi Onun üçün sirr deyil: "Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

Xatırlayırsınız, 2014-cü ildə Fransa Prezidenti cənab Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmişdi. Görüş çox konstruktiv şəraitdə keçmişdi və görüşün nəticəsi ümidlər verirdi. Orada biz, eyni zamanda, təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi haqqında danışırdıq. Ancaq o görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Bunun nə mənası var idi? Xüsusilə Parisdə keçirilmiş uğurlu sayılan görüşdən sonra.

Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Mən də göstəriş vermişdim ki, biz təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmışdır, bizim mövqelərimizə hücum çəkmişdir, hərbi helikopterləri işə salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana lazım idi. Onların təxribatı idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan burada özünü aqressiv aparır və sair.

Bugünkü təxribat da, bax, bu mənbədən gələn təxribatdır. Yenə də bizim mövqelərimizə hücum çəkirlər. Bizim əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan Ordusu onların başını əzir və indi dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

"Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun"

Ölkə başısı Ermənistan ordusunun çox böyük zərbə aldığını da qeyd edib: "Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun. Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm. Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik".

"Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm"

Bəli, məhz bu amil deməyə əsas verir ki, artıq Ermənistanın özündə də ciddi qarşıdurmalar yaşanmaqdadır. Müharibədən, aclıq və səfalətdən bezən xalq Sarkisyan rejiminə nifrətini gizlətmir. Digər tərəfdən, dünya birliyinin də bu məsələdə artıq real həqiqətləri görməyə başlaması işğalçı rejimi çox pis vəziyyətə qoymaqla yanaşı, onları dalana dirəyir.

Başqa tərəfdən, Azərbaycanın sadiq dostları və müttəfiqləri də bu məsələdə həqiqətin, ədalətin yanında olduqlarını nümayiş etdirmiş oldular. Prezident İlham Əliyev bu barədə qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ona telefonla zəng etmiş, həlak olanlarla bağlı başsağlığı vermiş, eyni zamanda, öz dəstəyini ifadə etmişlər: "Bununla bərabər, Belarus Prezidenti Aleksandr Lukaşenko da mənə zəng etmiş, vəziyyətlə maraqlanmış və öz narahatlığını ifadə etmişdir. İndi biz məsələləri daha geniş şəkildə müzakirə edəcəyik, gələcək planlarımız haqqında danışacağıq. Bir daha demək istəyirəm ki, bu gün – aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm".

Göründüyü kimi, artıq hər şey Ermənistanın istədiyi kimi deyil və bu dəfə Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm bunu dərk edir. Çox inanmaq istərdik ki, Azərbaycan ordusunun məhz bu uğurlu blits-krikindən sonra, dünya birliyi xalqımızın ədalətli tələbini, eləcə də BMT-nin qəbul etdiyi dörd qətnamənin tez bir zamanda yerinə yetirilməsi qərarını dəstəkləyəcək, yerinə yetirilməsinin vacibliyini dərk edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...