VƏLİ VƏLİYEV

Elə adamlar var ki, harada olmasından asılı olmayaraq, məkana, zamana dəxli oldu, ya olmadı, daim küfr yağdırır, kimisə lənətləyir, kimininsə qarasına danışır, bir sözlə daim gileylidir, heç nə ilə razılaşmır, heç nəyi qəbul etmir. Belələrinə nə ad vermək olar, yaxud nə torbası adlandırmaq olar? Bunların bəziləri açıq, bəziləri də gizli şəkildə günlərini yelə verməkdə, təcrübə qazanmaqdadırlar.

Fevralın 7-də Azərbaycanda prezident sekçiləri keçirildi. Bu günü qaragüruhun qara günü də adlandırmaq olardı. Onlar 2025-ci ilin seçkilərinə hazırlaşırdılar. Guya seçkilərə yeni namizədlə gedəcəkdilər, hətta ara-sıra qələbədən də danışırdılar. Amma çərxi-fələk elə gətirdi ki, seçkilərin vaxtı irəli çəkildi. Yuxarıda adını çəkdiyim zümrə gözlənilməz zərbədən tar-mar oldu. Kəkələyə-kəkələyə seçkilərin keçirilmə vaxtı ilə bağlı yalanlar, uydurmalar bəstələməyə başladılar, təbliğatı elə qurmağa çalışdılar ki, guya bütün bunlar müxalifətə görə imiş. Sanki əvvəlcədən elan edilsəydi onlar toparlana, bir araya gələ və yeni platforma ilə seçicilərinin qarşısına çıxa biləcəklərmiş. Sanki bunların işi ağac əkmək, çiçək sulamaqdır. Siyasi partiyalar adından da göründüyü kimi, siyasətlə məşğul olanlarıın bir araya gəldiyi ideoloji silah növüdür. Buraya seçki marafonunda yarışmaq, ölkənin taleyüklü məsələlərinə reaksiya vermək də daxildir. Başqa nə edə bilərlər ki? Onda siyasi partiyalar niyə vaxtdan gileylənirlər?

Azərbaycanda biri var müxalifət partiyaları, biri də var həmin siyasi düşərgəyə müxalif olanlar. Onlara radikallar da deyilir. Bunlar 20 ildir ki, heç bir seçkilərdə iştirak etmirlər. Yalnız boğazdan yuxarı rəy və təkliflər hazırlamaq və başqalarına ağıl dərsi keçmək bunların sağalmaz xəstəliyidir. Olub-keçənlərə özünəməxsus şəkildə, yəni çəpəki reaksiya vermək də bunların mərəzidir. Özlərini ağıllı sayırlar, heç kimlə hesablaşmırlar, ən doğru olanlara belə əks münasibət göstərirlər. Bir sözlə, anormal davranış. Ölkəmizdə prezident seçkiləri keçirildi, Azərbaycanı sevən, onun və xalqımızın gələcəyini düşünən hər kəs səhər tezdən məntəqələrə axışdılar. Bunu tək biz yox, xarici müşahidəçilər də təsdiq edər. Bu zümrə, yəni radikal dediyimiz ünsürlər isə əllərini tərpətmək əvəzinə dillərinə güc verdlər, bir sözlə qaralama, ləkələmə kampaniyasına başladılar.
Hələ 1990-cı illərdə hakimiyyətlə kreslo davasına çıxan AXC-nin “Yurd” çetesinin başçısı, hakimiyyətdə “dövlət katibi” kimi mühüm posta yiyələnən, səriştəsizliyi, xəyanətkarlığı sayəsində torpaqlarımızın itirilməsində bilavasitə pol oynayan Əli Kərimli yenə öz ampluasındadır. Yəni, musiqi dəyişsə də, köhnə havalara oynayır. Yenə hədə-qorxu gəlir, hamının axırının çatdığını xatırladır. Deyir “yeni prezident seçkiləri üçün 7 il gözləmək lazım gəlməyəcək”. Əcəba, görəsən nə baş verəcək, kimin sonu çatacaq? Əli Kərimli və onun təmsil olunduğu AXC hakimiyyəti barədə rəhmətlik Elçibəy tarixlərdən silinməyəcək bir fikir söyləyib, “Lax cəbhəsi”. Yəqin ki, yadınızdadır, Elçibəy postunu tərk edib Kələkiyə getməzsən təxminən 20 gün əvvəl Prezident Aparatında müşavirə keçirmişdi. Həmin müşavirədə nələrdən danışılmadı, Elçibəy kimlərin iç üzünü açmadı, kimlərin xəyanətini sadalamadı, özünü və komandasını xalqın hansı adla adlandırıldığını demədi? Ermənilərə yanacaq satmaqdan tutmuş, torpaq alverinə qədər, bütün sirləri açıb tökdü. Əli Kərimli də uzaqda yox, prezidentinin yanında oturmuşdu.

AXC-nin başında duran və sonradan AXCP-yə çevrilən bu partiyada bir sədr olsa da, sədrin bir neçə müavini var idi. Elçibəyin hələ sağlığında Əli Kərimli partiyanın altına fitil qoymağı bacarmışdı. Ölümündən sonra isə varisliyi zorla qamarlayan Kərimli “yurdçu”ların əli ilə cəbhəçiləri bir-bir dənləməyə başladı. Hər dəfə yanından uzaqlaşanlara, partiyanı tərk edənlərə üstündə “xəyanətkar” sözü yazılmış damğanı vurmaqdan başqa bir “xeyir” əmələ qol qoymadı. Hamı xəyanətkar oldu, Əli Kərimlidən başqa. Bu xəstəlik bu gün də Kərimlinin silahına çevrilib. Bu dəfə hakimiyyətin gördüyü və xalq tərəfindən dəstəklənən işlərə başqa bir “möhür” vurmaqla əməlini davam etdirir.

Fevralın 7-də keçirilən seçkilər barəsində də dayaz ağlının istehsal etdiyi çürük məhsulu “satmaq”la məşğuldur. Seçkilər barədə pis nə varsa tirajlayır, özünəbənzər homo-sapiens-lərdən bir ikisini də yanına alıb gecə-gündüz Azərbaycanı ləkələyir, avropalı ermənilərin dili ilə bizi qorxudur.

Müavini Seymur Həzi də sədrindən fərqlənmir. Seçkilər barədə anlaqsız fikirlər söyləyir. İradı da bəsitdir, 7 fevral gecəsi Mərkəzi Seçki Komissiyasının ilk rəyindən sonra insanların küçələrdə şadyanalıq etməsini səslərin sayılmasına təsir kimi qələmə verir. Bu adan hələ anlamır ki, əvvəla xalqın seçimi əvvəlcədən bəlli idi, ikincisi ilkin məlumatlar bunu deməyə əsas verirdi ki, sonrakı bülletenlərin sayılması nu nəticəyə bir o qədər də təsir etməyəcək. Hətta, açılmamış qutulardakı bülletenlərdə bütün səslər digər namizədlərə adına sayılsa idi, yenə də İlham Əliyev qalib gələcəkdi. Seymur Həzi cəhd edir ki, guya xalq bu seçkiləri “iqnor” edib. Maraqlıdır, bu adam hansı ölkədən danışır, yoxsa 44 günlük müharibədə erməninin başına dəyən yumruq buna da xəsarət yetirib? Bəs, seçki məntəqələrindəki o izdiham hansı ölkədə yaşanmışdı, bəlkə biz yuxu görürmüşük?

Yox, yuxu deyildi, reallıq idi. Seçicilər onlara məğlubiyyət acısı daddırmış, başını 30 il ərzində aşağı əyməyə vadar etmiş bir zümrədən qurtulduqlarına bir daha sevinirdilər. Bu utancı onların üzərindən götürən, 44 günlük müharibədə Qələbə şərbətini içirən, işğaıçını iti qovan kimi torpaqlarımızdan süpürüb atan, milyondan artıq məcburi köçkünümüzü öz yurduna qaytaran, Azərbaycanı yoxdan var edən bir Liderinə bu seçkilərdə “hə” demək üçün sandıq başına tələsirdilər. Əliləri, seymurları, nurəddinləri və digər ikiayaqlıları tarixin zibilliyinə atmaq üçün Yeni Azərbaycan Partiyasının və bütün xalqın namizədi İlham Əliyevə səs verirdilər. Və xalq bu savaşda qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə