Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
SİA xəbər verir ki, İcra hakimiyyətindən verilən məlumata görə, aksiya rayonun “Gənclik” parkında təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı parkın ərazisində yeni ağaclar əkilib, suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş, təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb, yaşıllıq sahələrinə müxtəlif növ gül-çiçəklər əkilib. Bununla yanaşı, ümumi təmizlik və abadlıq işləri də həyata keçirilib.
Qeyd edək ki, payız mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB