...Ukrayna Silahlı Qüvvələrinin “Madyar” çağırış işarəsi ilə tanınan pilotsuz hava sistemlərinin komandiri Robert Brovdi Rusiya infrastrukturuna zərbələr endiriləcəyini elan edərək rusları elektrik kəsilməsi ilə hədələyir.
Sosial media paylaşımında "Madyar" ruslara narahatçılığa öyrəşməyi və "kibrit, fənər və şam" ehtiyatı toplamağı tövsiyə edir.
SİA-nın məlumatına görə, daha əvvəl Volodimir Zelenski Rusiyanı enerji infrastrukturuna zərbələr endirməklə hədələmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyat orqanlarının iştirakı olmadan ukraynalıların Rusiyanın vacib enerji infrastrukturuna hücum etməyə cəhd edə bilməyəcəyini deyib.
Rusiya Zelenskinin Kremlə təhdidinə cavab verdi. Bundan əlavə, Federal Təhlükəsizlik Xidməti direktoru Aleksandr Bortnikov bildirib ki, Rusiya kəşfiyyat orqanlarında "Türk Axını" qaz kəmərinə qarşı da daxil olmaqla, Britaniya mütəxəssislərinin təxribat əməliyyatları hazırladığı barədə məlumatlar var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB