8 Noyabr - Zəfər Günü Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisində də silsilə tədbirlərlə qeyd olunacaq. Batumidə yaşayan azərbaycanlılar bu bayrama xüsusi hazırlaşırlar.
SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov söyləyib.
Onun sözlərinə görə, Baş Konsulluq Zəfər Gününü yüksək səviyyədə qeyd etmək üçün xüsusi tədbirlər planı hazırlayıb. Plana əsasən noyabrın ilk günlərindən etibarən soydaşlarımızın və Azərbaycan vətəndaşlarının iştirakı ilə silsilə tədbirlər keçiriləcək.
Baş Konsulluğun nəzdindəki “Bazar günü” məktəbinin şagirdləri də bayrama coşqu ilə hazırlaşırlar.
“Bizim əsas məqsədimiz Azərbaycan Ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi Qələbənin əhəmiyyətini gənc nəslə və Batumidəki yerli ictimaiyyətin və beynəlxalq təşkilatların nümayəndələrinə çatdırmaq, bu Qələbənin siyasi və mənəvi əhəmiyyətini dünyaya nümayiş etdirməkdir. Bunun üçün hamılıqla əlimizdən gələni edəcəyik”, - deyə baş konsul vurğulayıb.
Diplomat bildirib ki, Baş Konsulluq Zəfər Günü ilə əlaqədar böyük tədbir keçirəcək. Həmin tədbirdə Acarıstan Muxtar Respublikası hökuməti üzvlərinin, Batumidəki diplomatik korpusun təmsilçilərinin, SOCAR-ın və Kulevi Terminalının rəhbərlərinin və əməkdaşlarının, diaspor nümayəndələrinin və Batumidə təhsil alan tələbələrin iştirakı nəzərdə tutulub.
“Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə bir tarixi Qələbə qazandı ki, bu Qələbə Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifə açdı. Bu Qələbə bizim milli kimliyimizi, şərəf və ləyaqətimizi özümüzə qaytardı. Azərbaycanın suverenliyini bərpa etməklə yanaşı, digər tarixi torpaqlarımızda da haqqımızı bərpa etməyə yol açdı”, - deyə Fuad Əzizov söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB