ABŞ, Trampın rəhbərliyi altında, yeraltı nüvə sınaqlarına hazırlaşır...
...ABŞ 30 ildən çox fasilədən sonra nüvə sınaqlarını bərpa etmək niyyətindədir. Bu qərar yeraltı sınaqların formatına təsir göstərə bilər və bütün dünyada narahatlıq yarada bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.
ABŞ prezidenti ölkənin üç onillikdən sonra ilk dəfə nüvə sınaqlarını bərpa etmək niyyətini təsdiqlədi. Lakin o, Soyuq Müharibə dövründə fəal şəkildə aparılan yeraltı sınaqların proqrama daxil edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
...Çox tezliklə öyrənəcəksiniz, amma biz bəzi sınaqlar aparacağıq, - deyə Tramp Floridaya gedərkən Air Force One təyyarəsində jurnalistlərə mümkün yeraltı partlayışlar barədə sualı cavablandırarkən bildirib.
O, əlavə edib ki, digər ölkələr artıq oxşar sınaqlar keçirir və əgər aparsalar, "Amerika da eyni şeyi edəcək".
33 illik fasilədən sonra qərar...
Bir gün əvvəl Amerika lideri 33 illik fasilədən sonra nüvə silahı sınaqlarının bərpa olunmasını əmr etdiyini açıqladı. Analitiklər hesab edirlər ki, bu addım Çin və Rusiya kimi nüvə güclərinə bir siqnal idi.
Bu açıqlama Cənubi Koreyanın Busan şəhərində Çin prezidenti Si Cinpin ilə görüşə gedərkən Marine One təyyarəsindəki uçuş zamanı verilib.
Bunun Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının nəzarəti altında nüvə partlayıcı sınaqlarına, yoxsa döyüş başlığı daşıya bilən raketlərin uçuş sınaqlarına aid olub-olmadığı bəlli deyil. Lakin, "yeraltı sınaqlar"dan bəhs edilməsi ajiotaj doğurub, çünki bu, ABŞ-ın 1992-ci ilə qədər istifadə etdiyi formatdır.
Reaksiya və nəticələr...
Malayziyaya səfəri zamanı ABŞ Müdafiə Naziri Pit Heqset sınaqlara qayıtmağın nüvə çəkindirməsini qorumaq üçün "çox məsuliyyətli bir yol" olduğunu bildirib və Pentaqonun Energetika Nazirliyi ilə əməkdaşlıq edəcəyini qeyd edib.
...Biz sürətlə irəliləyirik, - deyə o vurğulayıb.
Bu arada, ABŞ-ın əsas nüvə sınaq poliqonuna ev sahibliyi edən Nevada ştatının Demokrat Nümayəndəsi Dina Titus yeraltı sınaqların bərpasını qadağan edən və onun maliyyələşdirilməsini bloklayan qanun layihəsi təqdim edib. O, belə bir addımın Rusiya və Çini oxşar tədbirlər görməyə və yenidən Nevada sakinlərini radiasiya və ətraf mühitə ziyan vurma riski ilə üz-üzə qoya biləcəyi barədə xəbərdarlıq edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB