Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq gənc sahibkarlarımızla bir sıra sahələrdə çalışırıq və onlara dəstək göstəririk. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. SİA xəbər verir ki, bunu KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.
O. Məmmədov qeyd edib ki, gənclər ideyalarına inanırsa, artıq qalib hesab olunurlar: "Bu forumun ən başlıca məqsədi əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB