NATO ilə Rusiya arasında müharibə artıq qaçılmazdır..?

NATO Rusiya ilə müharibə üçün 4400 səhifəlik müdafiə planı hazırlayıb. Moskva artıq Alyansla münaqişəyə hazırlıqlarının "0-cu mərhələsi"nə başlayıb...

...NATO hərbçiləri və rəsmiləri Rusiya ilə müharibənin qaçılmaz olduğuna getdikcə daha çox əmin olurlar. Rusiya ilə qarşıdurmada "Sıfır mərhələsi"ndən danışan təkcə hərbi ekspertlər deyil.

SİA xəbər verir ki, Welt qəzetinin məlumatına görə, NATO daxilində də ciddi narahatlıq var.

Ekspertlər qeyd edirlər ki, Ukraynadakı müharibə bitdikdən sonra Rusiyanın hücum riski xeyli artacaq.

...Ukraynadakı müharibənin nə qədər davam edəcəyini heç kim bilmir. Lakin NATO ərazisinə, xüsusən də Baltikyanı ölkələrə hücum riski Ukraynadakı müharibə bitdikdən sonra ən böyük olacaq. Biz artıq Sıfır mərhələsindəyik, - deyə keçmiş yüksək vəzifəli NATO generalı nəşrə bildirib.

Alyans həmçinin bəzi Rusiya hərbi rayonlarının yenidən təşkilindən narahatdır.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin Welt-ə bildirib ki, bu islahat NATO ölkələrinin sərhədlərində Rusiya qoşunlarının mövcudluğunun artmasına səbəb olacaq. ...Biz görürük ki, bu bölmələr bir-iki həftəlik döyüş təlimindən sonra tez bir zamanda Ukraynaya köçürülür. Amma gec-tez onlar geri qayıdacaqlar, - deyə o vurğulayıb.

NATO üçün düşmən qoşunlarının sərhəd yaxınlığında yerləşdirilməsi çətinlik yaradır: Rusiya qüvvələri böhran vəziyyətində sürətli hücuma keçə bilər və müdafiə alyansının xəbərdarlıq vaxtı çox az olardı.

Buna görə də, NATO Rusiya hücumunun qarşısını almaq üçün intensiv şəkildə hazırlaşır və gizli müdafiə planlarının həyata keçirilməsi üzərində iş artıq başlayıb.

Nəşrin məlumatına görə, Müttəfiq Qüvvələrinin Avropa üzrə Ali Komandanı Kristofer T. Donahoe doqquz gün əvvəl Brüsseldə 32 NATO üzv dövlətinin hərbi nümayəndələrinə 4400 səhifəlik hərtərəfli müdafiə konsepsiyasını ("Şərq Cəbhəsinin Qarşısının Alınması Konsepsiyası") təqdim edib. Nəşr qeyd edir ki,..Donahoenin konsepsiyasında pilotsuz təyyarələr və muxtar silahlar, NATO-nun şərq sərhədi boyunca daha çox və daha ağır silahların yerləşdirilməsi və məlumat mübadiləsi üçün silahlı qüvvələr arasında şəbəkələşmənin yaxşılaşdırılması kimi əsas rol oynayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə