830-dan çox qaçqın evinə qayıtdı

Müharibə edən tərəflərin barışıq mərkəzinin və qaçqınların hərəkətinə nəzarət mərkəzinin bülleteninə görə son 24 saat ərzində Livan və İordaniyadan Suriyaya 830-dan çox qaçqın qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bülletendə deyilir: “Ötən sutka ərzində Səudiyyə Ərəbistanına digər ölkələrin ərazisindən 838 qaçqın geri qayıdıb. Livanın “Jaydet Yabus”, “Tell-Kalah" keçid məntəqələrindən 72-si qadın və uşaq olmaqla ümumilikdə 240 nəfər, İordaniyadan Nəsib keçid məntəqəsi vasitəsilə ilə isə 179 qadın, 305 uşaq olmaqla 598 nəfər ölkəsinə geri dönüb”.

Sənəddə həmçinin bildirilir ki, gün ərzində 249 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdır. Son gün ərzində, Zamalka (Dəməşq vilayəti) kəndi ərazisinə Rusiya tərəfindən humanitar yardım edilib. Həmin əraziyə ümumi çəkisi 2,16 ton olan 500 ərzaq paketləri və idman dəstləri verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə