Lavrov: "Putin Trampla görüşə hazırdır"

“Rusiya baş verənlərə cavabsız qala bilməz. Rusiyalı diplomatların ölkələrdən çıxarılması özünə hörmətsizlikdir”. SİA-nın xəbərinə görə, bu fikirləri Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.

Məsələyə layiqli cavab vermək lazımdır. Biz baş verənlərə cavabsız qala bilmərik. Diplomatlarımızın ölkələrdən çıxarılması özünə hörmətsizlikdir. Lakin düşmənçilik, kobudlu kimi mövqe nümayiş etdirmək fikrimiz yoxdur və bunu etməyəcəyik. Bu, Rusiya prezidentinin mövqeyinə uyğun deyil. O hər zaman qarşıya baxır. Onu özündən çıxarmaq çox çətindir. Lakin buna cəhd olunur”, - deyə Lavrov deyib.

Tramlpa Putin arasında mümkün görüş haqqında sualı cavablandıran Rusiyanın XİN başçısı bildirib ki, görüş hazırlanmır: “Lakin bununla bağlı hər hansı məlumat olsa, Moskva mütləq şəkildə bəyan edəcək. Amma Rusiya lideri amerikalı həmkarı ilə görüşməyə hazırdır”.

Hər kəsə məlumdur ki, ABŞ prezidenti ilə Vladimir Putin arasında baş verən telefon danışığı zamanı görüşlə bağlı dəvət səslənib. O bu mövzuya dəfələrlə qayıdıb. Lakin biz kobud olmaq istəmirik və hesab edirəm ki, Trampın təklifi konkretləşdiriləcək. Putin görüşə hazırdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə