Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Sananın şərqindəki polis məntəqəsinə havadan hücum təşkil edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 39 nəfər həlak olub, 90 nəfər isə xəsarət alıb. Bildirilir ki, ölən və yaralananlar polis mərkəzində saxlanılan şəxslərdir. Vurulan polis məntəqəsində 180 insanın olduğu bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə