Putin: “Biz özümüzü çox səbrli aparırıq"

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq. “Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, - deyə o vurğulayıb.

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O, Rusiya-ABŞ münasibətlərinin ABŞ-ın daxili məsələlərinə qurban verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə