XRİTDX Ulu Öndərin anadan olmasının 101-ci ildönümünü qeyd edib - FOTOLAR

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və xidmətin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, çiçəklər düzüblər. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, daha sonra XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib.

Mərkəzdə XRİTDX-nın kollektivi Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş xüsusi guşələr, şəxsi əşyalar və sənədlər ilə yaxından tanış olublar. Ziyarət zamanı Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarında xidməti haqqında ətraflı məlumat verilib, onun fəaliyyətini əks etdirən sənədlər və fotoarxiv materialları nümayiş edilib.

Bununla yanaşı şəxsi heyətə Ulu Öndərin zəngin həyat yolu, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri haqqında sənədli film göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə