Be-200 təyyarələrində Rusiya mühərrikindən istifadə olunacaq

Be-200 təyyarələrində Rusiya-Fransa müştərək mühərriki olan SaM-146-nı Rusiyanın PD-8 mühərriki ilə əvəz etmək üçün yekun qərar qəbul edilib. Bu layihə 5 il ərzində həyata keçiriləcək. SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Sənaye-Ticarət nazirinin müavini Oleq Boçarov deyib.

Be-200 çoxməqsədli amfibiya təyyarəsi yanğınsöndürmə, fövqəladə hadisə rayonlarında təcili yardım göstərilməsi, suda axtarış və xilasetmə tədbirləri, sanitariya və yük daşınması üçün nəzərdə tutulmuşdur.

Hazırda Be-200 təyyarələrində Motor Sich (Ukrayna) tərəfindən istehsal edilən D-436TP mühərriki istifadə olunur. Birləşmiş Mühərrik Quraşdırma Korporasiyası (UEC) ötən ilin sentyabr ayında məlumat verib ki, 2020-ci ilin sonuna qədər Be-200 təyyarələrində Rusiyanın “Saturn” şirkətinin istehsalı olan motorlardan istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə