Türkiyə millisinin futbolçusu “Yuventus”a keçə bilər

Alanyaspor”un futbolçusu Merih Demirəl “Yuventus”a keçə bilər.

SİA-nın İtaliya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Turin klubunun idman direktoru Fabio Paratiki 21 yaşlı müdafiəçinin transferi üçün “Alanyaspor” rəhbərliyi ilə görüşüb.

“Ağ-qaralar”ın Türkiyə millisinin üzvü üçün 15 milyon avro ödəməyə hazır olduğu deyilsə də, onun “Torino” ilə 5 illik müqavilə bağlayacağı haqda da xəbərlər yayılıb.

Qeyd edək ki, Merih Demirəl hazırda icarə əsasında “Sassuolo”nun formasını geyinir və bu mövsüm 13 qarşılaşmaya çıxaraq 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...