Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında çıxış edən Rövşən Səfərov növbəti qələbəsini qazanıb. SİA-nın məlumatına görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda idmançımızın rəqibi Ukrayna təmsilçisi Aleksandr Nazarenko olacaq.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.
Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə