Mourinyo: "Real" üçün ən ideal məşqçi odur

"Real"ın sabiq baş məşqçisi Joze Mourinyo bu yaxınlarda yeni "kral klubu"na qayıdan Zinəddin Zidana məsləhət verib. "Canal+"ə danışan portuqaliyalı mütəxəssis həmkarına hazıra heyətdən bəzi futbolçuları satmağı tövsiyyə edib.
"Zidanın məşqçilik karyerası haqqında danışmaq hələ tezdir. Amma o, qısa zamanda heç kimin edə bilmədiklərini etdi və ardıcıl 3 dəfə Çempionlar Liqasını qazandı. Mənə görə, hazırda "Real" üçün ən ideal məşqçi odur. Karyerasında yeni dövr başlayır. Heyətdəki bəzi futbolçuları satmalı, onların yerinə isə təzə oyunçular almalıdır. Bir sözlə, yeni komanda qurmalı və öz fəlsəfəsini onlara aşılamalıdır".

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə