"El-Klassiko"nun baş hakimi açıqlandı

İspaniya kubokunun yarımfinal mərhələsində keçiriləcək "Real" - "Barselona" cavab oyunu üçün hakim təyinatları açıqlanıb. İspaniya mətbuatının yazdığına görə, matçı Xose Mariya Sançes Martines idarə edəcək. VAR hakimi Rikardo de Burqos Benqoetxea olacaq. Qeyd edək ki, "Real" - "Barselona" görüşü fevralın 28-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə