"Bayer" qələbə qazanıb, "Borussiya" isə heç- heçə edib

Almaniya Bundesliqasında 22-ci turun daha 2 oyunu keçirilib. SİA-nın məlumatına görə, günün ilk matçında "Borussiya" "Ayntraxt"ın qonağı olub. Üçüncü pillədə qərarlaşan Münhenqladbax təmsilçisi Ayntraxt səfərində xal itkisi ilə üzləşib - 1:1.

Günün ikinci qarşılaşmasında isə "Bayer" doğma azarkeşləri önündə "Fortuna"nı qəbul edib. Düseldorf təmsilçisinin qapısından 2 cavabsız top keçirən leverkuzenlilər 5-ci pilləyə yüksəliblər.
Tura sabah yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 50 xalla bir oyun az keçirən Dortmund "Borussiya"sı başçılıq edir. İkinci sıradakı "Bavariya" liderdən 2 xal geri qalır. Üçünçü sırada 43 xalla Münhenqladbax "Borussiya"sı, 4-cü pillədə isə "Leyptsiq" qərarlaşıb.

Almaniya Bundesliqası, 22-ci tur
17 fevral

"Ayntraxt" - "Borussiya" (Münhenqladbax) 1:1
Qollar:
D. Da Kosta, 45 (1:0), D. Zakariya, 82 (1:1)

"Bayer" - "Fortuna" 2:0
Qollar:
K. Havertz, 18 (1:0), L. Beyli, 66 (2:0)

18 fevral
"Nürnberq" - "Borussiya" (Dortmund)

Bütün xəbərlər Facebook səhifəmizdə