Canluka Sansone rəsmən "Neftçi"də!

Canluka Sansone rəsmən "Neftçi"də!

Canluka Sansonenin "Neftçi"yə keçidi rəsmiləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, italiyalı hücumçu ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard "ağ-qaralar"ın heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın "Montorio” (2005-2006), "Peşina” (2006-2008), "Syena” (2008-2010), "Qallipoli” (2009), "Lançano” (2009-2010), "Frosinone” (2010-2011), "Sassuolo” (2011-2012), "Torino” (2012-2013), "Sampdoriya” (2013-2016), "Bolonya” (2015), "Bari” (2015-2016) klubarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə