Antoni Marsyal "qırmızı şeytanlar"la 5 illik müqavilə imzalayacaq

"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal klubu ilə yeni müqavilə imzalamağa razılıq verib. Britaniya mətbuatının yazdığına görə,o, baş məşqçi Joze Murinyo istefaya göndərildiyi üçün qərarını dəyişib və klubun yeni müqavilə təklifini müsbət cavablandırıb. Fransalı hücumçu yaxın vaxtlarda 5.5 illik müqaviləyə imza atacaq. Qeyd edək ki, Masyal bu mövsüm 25 matçda 10 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə