Luka Yoviç “Real”ın hədəfində!

Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Luka Yoviç Madrid “Real”ının maraq dairəsinə düşüb. “Sport-express.ru” saytında yer alan məlumata görə, Luka Yoviç cari mövsümün əvvəlində icarə əsasında “Benfika” klubundan “Ayntraxt”a keçib. Əslən bosniya və herseqovinalı olan 21 yaşlı hücumçunun qiymətinin 6-12 milyon avro olduğu bildirilir. Luka Yoviç cari mövsümdə Almaniya çempionatında 25 oyunda 18 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə