“Yuventus”un futbolçusu Qonsalo İquainin “Çelsi”yə keçidi rəsmiləşib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, argentinalı hücumçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb. London klubu bu keçid üçün qarşı tərəfə 9 milyon avro ödəyib.
Qeyd edək ki, mövsümün ilk yarısında icarə əsasında “Milan”da çıxış edən 31 yaşlı forvard 22 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə