Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə" bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Paytaxt təmsilçisi 3-cü sınağında Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Premyer Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayan görüş "Keşlə"nin məğlubiyyəti ilə başa çatıb - 1:3.
Qeyd edək ki, bundan əvvəl Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2 hesabı ilə uduzan "Keşlə" Antalyada sonuncu oyununu Rusiya "Çertoanovo"suna qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə