İngiltərənin “Mançester Yunayted” futbol klubu hücumçu Markus Raşfordla müqaviləni uzatmaq niyyətindədir. Yeni bağlanacaq müqaviləyə görə, “Mançester Yunated” klubu 21 yaşlı müdafiəçiyə ikiqat maaş verəcək. Hazırda Raşford həftəyə 75 min funt sterlinq qazanır.
Hücumçu karyerasında ilk debütünü “Mançester Yunayted” klubunda edib. Cari mövsümdə Raşford klubda keçirdiyi 26 oyunun 8-də fərqlənməyi bacarıb. O İngiltərə millisində 31 oyun keçirib və 6 qol vurub.
Xatırladaq ki, 21 yaşlı hücumçu ilə İspaniyanın “Barselona” və “Real” klubları maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə