Kriştianu Ronaldu: “İbrahimoviç mənim paxıllığımı çəkir”

Ötən günlərdə isveçli məhşur ulduz futbolçu Zlatan İbrahimoviç Kriştianu Ronaldunun “Yuventus” klubuna keçməsi barədə tənqid dolu açıqlama verib. Kriştianu Ronaldu isə ötən gecə “Yuventus” klubu ilə İtaliya Super kubokunu qazandıqdan sonra, İbrahimoviçə cavab verib.

Kriştianu Ronaldu bildirib ki, Zlatan İbrahimoviç mənim paxıllığımı çəkir. Mən İngiltərədə hər şeyi qazandım, o uğursuz oldu. Mən İspaniyada hər şeyi qazandım, o uğursuzluqla üzləşdi. İndi isə İtaliyada yeni mübarizə axtarışındayam və burada da hər şeyi qazanmağa çalışıram. O da demək olar burada uğursuz çıxış etmişdi. Ona şərhçilik karyerasında uğurlar arzu edirəm. O, danışmağa, şərh etməyə davam etsin. Mən isə kuboklar qazanmağa davam edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə