Avstraliyalı idmançı yeni rekorda imza atıb

Avstraliyadan olan Ariarne Titmus Çinin Hançjou şəhərində keçirilən qısa məsafəyə üzgüçülük üzrə dünya çempionatında sərbəst üsulda 400 metr məsafəyə üzmə yarışlarında dünya rekordunu təzələyib. Avstraliyalı idmançı bu məsafəni 3 dəqiqə 53,92 saniyəyə qət edib. Bundan əvvəlki nailiyyət çinli Van Tszyantszyaxeyə məxsus idi (3.53,97).

İkinci yeri Van Tszyantszyaxe (3.54,56), üçüncü yeri isə onun həmvətəni Li Bintsze (3.57,99) tutublar. Dünya çempionatı dekabrın 16-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə