"Bavariya"nın futbolçusu Aryen Robben Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Ayaks"la oyunu buraxacaq. Klubun saytında yer alan xəbərə görə, hollandiyalı yarımmüdafiəçinin adı sözügedən görüş üçün heyətə daxil edilməyib. Buna səbəb onun zədəli olmasıdır. Qeyd edək ki, "Ayaks" - "Bavariya" görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə