UEFA 2018-ci ilin rəmzi komandasına namizəd futbolçuların siyahısını dərc edib. Qurumun saytında yer alan xəbərə görə, siyahıda 50 oyunçunun adı yer alıb. Futbolsevərlər UEFA-nın saytında yanvarın 11-ə kimi keçirilən səsvermədə iştirak edərək ilin ən yaxşı on birliyini müəyyənləşdirəcək.
İlin rəmzi komandasına namizədlər aşağıda adları qeyd olunanlardır:
Qapıçılar: Alisson ("Liverpul"), Uqo Loris ("Tottenhem"), Keylor Navas ("Real"), Yan Oblak ("Atletiko"), Mark-Andre ter Stegen ("Barselona")
Müdafiəçilər: Jordi Alba ("Barselona"), Corcio Kyellini ("Yuventus"), Xose Ximenes, Dieqo Qodin, Luka Hernandes (hamısı "Atletiko"), Yozua Kimmix ("Bavariya"), Kalidu Kulibali ("Napoli"), Kostas Manolas ("Roma"), Marselo, Serxio Ramos, Rafael Varan (hamısı "Real"), Jerar Pike, Samuel Umtiti (hər ikisi "Barselona"), Con Stounz ("Mançester Siti"), Virqil van Deyk ("Liverpul")
Yarımmüdafiəçilər: Kazemiro, İsko, Toni Kroos, Luka Modriç (hamısı "Real"), Kevin De Brüyne, David Silva (hər ikisi "Mançester Siti"), Eden Hazard, Nqolo Kante (hər ikisi "Çelsi"), Ceyms Milner ("Liverpul"), Saul Niqes ("Atletiko"), Dimitri Payet, Florian Toven (hər ikisi "Marsel"), Miralem Pyaniç ("Yuventus"), Pol Poqba ("Mançester Yunayted"), İvan Rakitiç ("Barselona")
Hücumçular: Qaret Beyl ("Real"), Edinson Kavani, Kilian Mbappe, Neymar (hamısı PSJ), Paulo Dibala, Kriştiano Ronaldo (hər ikisi "Yuventus"), Edin Ceko ("Roma"), Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah (hamısı "Liverpul"), Antuan Qrizmann ("Atletiko"), Harri Keyn ("Tottenhem"), Robert Levandovski ("Bavariya"), Lionel Messi, Luis Suares (hər ikisi "Barselona")
Bütün xəbərlər Facebook səhifəmizdə