Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, 2018-ci ilin nəticələrinə əsasən, bu ada Xorvatiya millisi və "Real"ın yarımmüdafiəçisi Luka Modriç layiq görülüb. 33 yaşlı yarımmüdafiəçi 272 xalla "Berselona"nın hücumçusu Lionel Messinin son 3 ildəki hegemonluğuna son qoyub. Argentinalı futbolçu (114 xal) ikinci, "Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Hazard isə (114 xal) üçüncü olub.
Dünyanın ən yaxşı qapıçısı isə "Real"da forma geyinən Tibo Kurtua seçilib. Belçikalı qolkiper "Tottenhem"dən Uqo Loris və Canluici Buffonu geridə qoyub.
Qeyd edək ki, dünyanın ən yaxşısını müəyyənləşdirmək üçün keçirilən səsvermədə 90 ölkənin ekspertləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə