Fatih Terim: "Bir xal bizim üçün qazanc oldu"

"Bir xal bizim üçün qazanc oldu. İkinci hissədə uduza bilərdik. Muslera möhtəşəm oynadı. Ona təşəkkür etmək lazımdır. Ən böyük təşəkkürü isə məncə, Ozan aldı. Bu, 1 xal bizi yarışda saxladı. Ən azı ilk pillələri tutmaq şansımız nəzəri olaraq qalır". Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Şalke" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Azarkeşlər arxamızda durdu. Biz də müqavimət göstərdik. Bu, bizim oyunumuz deyil. Hələ 15-ci dəqiqədə bir dəyişiklik etmək istədim. Səlcuqu oyuna daxil edə bilərdim, amma onun da bu vəziyyətdə 75 dəqiqə oynaması asan deyildi. 3 xal qazansaydıq, sıralama maraqlı olardı və bəzi üstnlüklərimiz ola bilərdi. Ancaq buna layiq deyildik. Qol buraxsaydıq, fərq də ola bilərdi. Yavaş-yavaş dəyişəcəyik, bu, bir anda olmur. Rəqibə pressinq etməklə "Qalatasaray" öz meydanında çox matç qazandı. Çox az zamana və dəyişikliyə ehtiyacımız var” - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə