“Liverpul”un hücumçusu Divok Orici karyerasını Türkiyədə davam etdirə bilər. Türkiyə KİV-lərinin yazdığına görə, belçikalı futbolçu “Qalatasaray”ın maraq dairəsinə düşüb. Bu mövsüm hücum xəttində ciddi problem yaşayan İstanbul təmsilçisi 23 yaşlı forvardı qış transfer pəncərəsində icarəyə götürmək istəyir.
Qeyd edək ki, Orici son olaraq icarə əsasında “Volfsburq”da çıxış edib. Mövsümün əvvəlində yenidən "Liverpul"a qayıdan hücumçu heç bir oyunda meydana çıxmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə