“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun "Valensiya" ilə oyunundan (0:0) sonra futbolçularını tənqid edib. Qarşılaşmadan sonra açıqlama verən portuqaliyalı mütəxəssis hücumçularından narazı qaldığını bildirib: “Oyundan əvvəl 20 qol epizodu yarada bilməyəcəyimizi başa düşürdük. Maksimum 4 qol imkanı əldə edib, qələbə qazanacağımızı fikirləşirdik. Ancaq hücumçularımız öz səviyyələrindən aşağı çıxış etdilər. Yaxşı oynamağa çalışdıq, amma bunu edə biləcək səviyyədə futbolçularımızın olmadığı üçün alınmadı”.
Oyunun gec başlaması məsələsinə də toxunan baş məşqçi fikirlərinə əlavə edib: "Oyundan 2 saat əvvəl oteldən ayrıldıq. Stadiona 30 dəqiqəyə çatacağımızı düşünürdük, amma polislər bizlə gəlməkdən imtina etdi. Buna görə də 75 dəqiqə müddətində çatdıq. Bəxtimiz gətirdi ki, oyunun 5 dəqiqə gec başlanılmasına icazə verildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə