"Mançester Siti" Tanqi Ndombeli heyətinə qatmağa hazırlaşır

"Mançester Siti" "Lion"un futbolçusu Tanqi Ndombeli heyətinə qatmağa hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "şəhərlilər" futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərib.
21 yaşlı yarımmüdafiəçinin qış transfer pəncərəsi zamanı İngiltərəyə yollanacağı gözlənilir. "MS" yayda Ndombeleni transfer etmək istəsə də, bu keçid baş tutmayıb. "Lion" futbolçusu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, ötən ildən "Lion"da oynayan futbolçu Fransanın U-21 millisinin də üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə