"Real" futbol klubu, İspaniya La Liqasında növbəti oyununa çıxıb. Madrid təmsilçisi, 5-ci turda "Espanyol"u qəbul edib. Matç Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Real" - "Espanyol" - 1:0
Qol: Marko Asensio, 41

Bu qələbə ilə xalını 13-ə yüksəldən "Real" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Madrid klubundan 1 oyun az keçirən "Barselona" 12 xalla 2-ci, "Deportivo" 10 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə