Azərbaycan millisindən növbəti qələbə FOTOLAR

İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir. 22 sentyabr tarixində yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanmışdır. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın etmişlər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka-fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqlənmişlər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Oru-cov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik etmiş, oyunun nəticəsindən məmnunluğunu ifadə etmiş və göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.

30 sentyabr 2018-ci il tarixədək davam edəcək Polo üzrə Avropa Çempionatının 26 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, 28 sentyabr tarixində baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə