İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi portuqaliyalı Joze Mourinyo İspaniyada vergi ödəməkdən boyun qaçırmasını etiraf edib və bir il şərti həbs cəzası ilə razılaşdığını bildirib. “Mundo Deportivo” qəzeti yazır ki, Mourinyo Madridin “Real”ın baş məşqçisi olan zaman Britaniyanın Virciniya adalarındakı bir şirkətin köməyi ilə imic hüquqlarına görə əldə etdiyi gəlirləri İspaniya Maliyyə Nazirliyindən gizlətdiyini etiraf edib. Mourinyo 2011-ci ildə1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergini ödəməyib. Bu qanun pozuntularının hərəsinə görə 6 ay həbs cəzası almalıdır. İspaniya qanunvericiliyinə əsasən, vergidən yayınmaya görə cəza müddəti iki ildən az olduqda cəza şərti hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə