"Lester"in hücumçusu İngiltərə millisindən getdi

"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə millisindəki karyerasını başa vurub. "The Guardian"ın yazdığına görə, 31 yaşlı futbolçu qərarını millinin baş məşqçisi Qaret Sautqeytə bildirib. O, ailəsi ilə daha çox vaxt keçirmək üçün millidən getdiyini deyib.
Qeyd edək ki, 2015-ci ildə İngiltərə yığmasında debüt edən Vardi 26 oyuna 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə