"Atletiko"nun müdafiəçisi Felipe Luis komandadan ayrılacaq. "AS" nəşrinin yazdığına görə, bu barədə Madrid klubunun qapıçısı Yan Oblak məlumat verib. O bildirib ki, hər bir futbolçunun qərarına hörmətlə yanaşmaq lazımdır: "Bu, bir qədər təsirlidir, amma futbol belədir. Gəlin, hadisələrin necə olacağını gözləyək. Hazırda Felipenin sərfəli təklifi var. Hər futbolçunun qərarına hörmət etməliyik".
Qeyd edək ki, braziliyalı futbolçunun PSJ-yə keçəcəyi gözlənilir. "Atletiko" Luisin mümkün gedişindən sonra onun boşluğunu "Çelsi"dən Markos Alonso ilə doldurmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə