"Çelsi"nin müdafiəçisi Markos Alonso "Real"a keçə bilər. Bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilir ki, "kral klubu" keçmiş futbolçusunu geri qaytarmaq haqqında düşünür. İspanlar transfer pəncərəsinin sonuna qədər bu keçidi həll etmək istəyir.

"Real"ın yetirməsi olan Markos Madrid klubunun əsas komandasında yalnız 1 oyun keçirib. 2016-cı ildə 23 milyon avroya "Fiorentina"dan "Çelsi"yə keçən Alonso ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 33 matçda 7 qol vurub, 2 assist edib.

Bütün xəbərlər Facebook səhifəmizdə