Dünya kubokunun ilk 2 rotasiyasında 3 Azərbaycan gimnastı çıxış edib

Xəbər verdiyimiz kimi, Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları başlayıb. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışların 1-ci rotasiyasında Azərbaycan idmançılarından Murad Ağarzayev sərbəst hərəkətlər üzrə proqramla çıxış edib. O, hakimlərdən 12.766 xal alıb.

Bu rotasiyada həmçinin digər Azərbaycan təmsilçisi Dariy Morozov da sərbəst hərəkətlər üzrə proqramla çıxış edib. Hakimlər idmançımıza 13 xal verib.

Yarışların 2-ci rotasiyasında isə Azərbaycan idmançısı Yuliya İnşina dayaqlı tullanma hərəkətlərini icra edib. Onun proqramını hakimlər 13.183 xalla qiymətləndiriblər.

İdmançılarımızın yarış cədvəlinin hansı pilləsində olması bugünkü ümumi proqramlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, 3-cü rotasiyada Azərbaycan təmsilçisi Timur Bayramov paralel qollar, Marina Nekrasova isə dayaqlı tullanma hərəkətlərini icra edəcəklər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə