İspaniya Kubokunda 1/8 final yekunlaşıb - NƏTİCƏLƏR

Futbol üzrə İspaniya Kubokunda 1/8 finalın matçlarına yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 3 görüş keçirilib.

“Levante” öz meydanında “Espanyol”u qəbul edib. İlk matçda səfərdə 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, cavab görüşdə “Levante” 2 cavabsız qolla uduzaraq kubokla vidalaşıb.

Səfərdə “Kadis”i məğlub edən “Sevilya” evdə də meydanı qalib kimi tərk edib.

İlk matçda səfərdə “Selta” ilə bərabərə qalan “Barselona” cavab matçında rəqibini darmadağın edib. Artıq ilk yarıda rəqib qapısından 4 cavabsız qol keçirən Kataloniya klubu ikinci hissəni formallığa çevirib.

İspaniya Kuboku
1/8 final, cavab görüşəri
11 yanvar


“Levante” - “Espanyol” 0:2
Qollar:
Baptistao, 14, Moreno, 34
İlk oyun - 2:1

“Sevilya” - “Kadis” 2:1
Qollar:
Ben Yedder, 31 (1:0), Korrea, 54 (2:0), Qarsiya, 86 (2:1)
İlk oyun - 2:0

“Barselona” - “Selta” 5:0
Qollar:
Messi, 13; 15. Alba, 28, Suarez, 31, Rakitiç, 87
İlk oyun - 1:1

Qeyd edək ki, daha əvvəl “Alaves”, “Atletiko”, “Real”, “Leqanes” və “Valensiya” 1/4 finala adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...