“Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu gün yaşadığımız dünyada əvəzi yoxdur və olmayacaq. Bu sözləri elə belə yerə demirəm. Ulu Öndər yeganə tarixi şəxsiyyətdir ki, xalqından üç titul alıb. Heydər Əliyev Sovet dövlətinin bütün orden və medallarını almışdı. Amma xalqından aldığı titullar bütün orden və medalların hər birindən üstün idi. Xalq Ona Ulu Öndər, Ümummilli Lider və xilaskar titullarını vermişdi. Dünya üzrə tarixi şəxsiyyətlərin heç biri xalqından belə titullar almayıb. Ona görə də həmişə deyirəm ki, Ulu Öndər Heydər Əliyevin əvəzi olmayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Veteranlar Şurasının üzvü Əli Həsənov deyib.

Ə.Həsənov xatırladıb ki, cənab İlham Əliyev isə xalqından “Qalib Lider” titulu aldı: “Amma Ulu Öndərdən fərqli olaraq dövlət başçımız başqa bir titula da sahib oldu. Bu gün dünya liderlərinin əksəriyyəti Ona müraciət edərkən cənab Prezident və ya İlham Heydər oğlu kimi yox, təşəbbüskar Prezident deyirlər”.

“Bugünkü gündə dünyada 70-ə qədər ölkənin 85 bizim münaqişəmizə bənzər münaqişəsi var. Onların heç biri son 70 ildə öz həllini tapmayıb. Yeganə həllini tapmış münaqişə bizim Qarabağ problemimizdir. Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev kimi şəxsiyyətlər tarixə bir dəfə gəliblər, Onların təkrarı da, bənzəri də yoxdur”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə