Safurə Əliyeva: "Ailəmdən dəyərli heç nə yoxdur"

Bu gün “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür. SİA-nın məlumatına görə, keçmiş müğənni "İnstagram" səhifəsində həyat yoldaşı Fərhad Əliyevlə şəklini paylaşaraq, bu sözləri yazıb: "Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi. Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata... Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.

Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz” sualına cavab verəcəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər səhərim və axşamım bu cür hadisələrlə açılıb, başa çatsın. Yanında sevdiyin ərin, pozitiv oğlun və gözəl qızın olanda, hər şey əladır”.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə