İsrailin yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Elmar Məmmədyarov İsrailin ölkəmizdəki səfiri Corc Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir Corc Dik etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Corc Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Corc Dik diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...