Saxtakar ermənilər saxta pulla yaxalandılar

İrəvanın iki sakini saxta dollar satarkən saxlanılıb və istintaqa cəlb olunub. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda həmçinin qeyd olunur ki, Ermənistan İstintaq Komitəsi saxta əskinasların hazırlanması, saxlanması və satılması ilə bağlı açılan cinayət işində ibtidai istintaqı başa çatdırıb.

İstintaq komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 31 və 25 yaşlı İrəvan sakinləri saxta pulların alqı-satqısı barədə əvvəlcədən razılaşdırılmaqla, naməlum şəxsdən alınan hər biri 100 ABŞ dolları olan 16 saxta pul satarkən saxlanılıb. Bu ilin fevral ayının əvvəlində onlar İrəvanda fəaliyyət göstərən banklardan birinin ayrı-ayrı filiallarında saxta pulları realizə edərək nağdlaşdırmağa da cəhd ediblər.

Saxlanılan ermənilər Ermənistan Cinayət Məcəlləsinin “Bir qrup şəxs tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlamaq, saxlamaq və ya satmaq” və Ermənistan Cinayət Məcəlləsinin “bir qrup şəxs tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlamağa, saxlamağa və ya satmağa cəhd” maddələri ilə ittiham olunurlar.

Cinayətkarlar barədə həbs qətimkan tədbiri seçilib və sonradan girovla əvəzlənib. İttiham aktı ilə cinayət işi məhkəməyə göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...