Spiker: "Deputatlara yubiley medalları təqdim ediləcək"

“Milli Məclisin 100 illiyi ilə bağlı yubiley medalı hazırdır”. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, Milli Məclisin yaxın vaxtlarda keçiriləcək plenar iclasların birində, Dünya Azərbaycanlılarının Həmrəylik gününə yaxın bir zamanda həmin medallar millət vəkillərinə təqdim ediləcək.

Çıxışı zamanı spiker Ermənistan tərəfinin Naxçıvanla bağlı səsləndiridiyi fikirlərə münsaibət bildirən deputatlara xitabən: “Naxçıvanla bağlı məsələyə fikir verməyin. Naxçıvandan İrəvana 70 kilometr məsafə olduğu üçün Ermənistan hər zaman bundan narahatdır”, deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə